AZ

Azərbaycanda bütün məşqçilərin arzuladığı futbolçu “Qarabağ”da - VİDEO

“Futbolçular gəldi-gedərdi, dəyişməyən “Qarabağ”ın oyun sistemidir.

Qurban Qurbanovun oyun anlayışı qalmaqdadır. “Banfika” ilə qarşılaşma bunu bir daha göstərdi. X

üsusilə son dəqiqələrdə Bəhlul Mustafazadənin önəmli müdaxilələri var idi. Azarkeşlər ona Bəhlul Divarzadə də deyirlər.

Mateus Silva isə Azərbaycanda bəlkə də bütün məşqçilərin arzuladığı futbolçudur. Sürətdə, oyunu oxumada, komanda oyununda çox fərqlənir”.

Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan və Elçin Cəfərovun aparıcısı olduğu “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış mütəxəssis Azər Bağırovun qonaq olduğu proqramda Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ”ın səfərdə “Benfika”ya 3:2 hesabıyla qalib gəldiyi oyun barədə danışılıb.

Buradakomandamızın müdafiə xətti haqda detallardan bəhs edilib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
4
1
sportinfo.az

2Mənbələr