AZ

Tramp: Rusiya ilə gərginlik artarsa, bunlar olacaq

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya ilə münasibətlər gərginləşəcəyi halda, Vaşinqton Polşa və Baltikyanı ölkələrə müdafiə dəstəyi göstərəcək.

Milli.Az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərlə görüşündə bu məsələyə "Bəli, bunu edəcəyəm" cavabını verib.

Qeyd edək ki, 2025-ci il sentyabrın 10-na keçən gecə Rusiya Ukraynanın qərbinə hava hücumu təşkil edib, nəticədə onlarla pilotsuz uçuş aparatı Polşanın hava məkanını pozub. Drone-lar zərərsizləşdirilsə də, sərhədyanı bölgələrdə qalıqları tapılıb.

Polşanın Baş naziri Donald Tusk həmin gecə 19 hava məkanının pozulması halı qeydə alındığını açıqlayıb. Hadisədən sonra NATO Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salaraq üzvlər arasında məsləhətləşmələrə başlayıb.

Bundan əlavə, sentyabrın 19-da Rusiyaya məxsus üç hərbi təyyarə Estoniya hava sərhədini pozaraq 12 dəqiqə ölkə ərazisində qalıb. Onların Baltik dənizindəki Polşa neft platforması "Petrobaltic" üzərindən keçdiyi bildirilir.

Asya
Milli.Az

Seçilən
12
2
milli.az

3Mənbələr