ain.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
Moldovada ölkədə kütləvi iğtişaşların hazırlanması ilə bağlı iş üzrə 74 nəfər həbs edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mütəşəkkil Cinayətkarlıqla və Xüsusi İşlərlə Mübarizə İdarəsinin rəisi Viktor Furtuna bildirib.
"İyul ayından etibarən Baş Prokurorluq digər qurumlarla birlikdə kütləvi iğtişaşlar təşkil etmək planı ilə bağlı araşdırma aparır. Axtarışlar nəticəsində 74 nəfər saxlanılıb", - o, brifinqdə deyib.
İstintaq müəyyən edib ki, bəzi vətəndaşlar Serbiyaya gedib, orada iğtişaşlar təşkil etmək, o cümlədən silahlarla təlim keçiblər. Furtuna əlavə edib ki, vəziyyətin sabitliyini pozmaq məqsədi daşıyan şəxslər üçün təlim Moldovada da keçirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.