AZ

Ceyhun Bayramov Kaya Kallasla görüşüb

BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycan ilə Aİ arasında münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb və gələcək imkanları müzakirə ediblər. Həmçinin siyasi dialoqun gücləndirilməsi, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat, davamlı inkişaf və humanitar təşəbbüslər kimi sahələrdə birgə səylərin artırılması müzakirə olunub.

Tərəflər həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb və Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini müzakirə ediblər.
 

Milli.Az

Seçilən
4
19
milli.az

10Mənbələr