AZ

Bu məktəbdə bir həftə ərzində 4-cü dəfə pul yığıldığı iddia olunurVİDEO

Bakıdakı 148 saylı tam orta məktəbə sentyabrın 15-dən 22-dək valideynlərdən 3 dəfə pul yığılıb. İndi isə Beynəlxalq müəllim günü münasibəti ilə 30 manat ödəmələri ilə bağlı tələb irəli sürülüb.

Bu iddia ilə "Xəzər Xəbər"ə Bakıdakı 148 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin valideynləri müraciət ediblər.

İddialara aydınlıq gətirmək məqsədi ilə biz də 148 saylı tam orta məktəbə üz tutduq. Valideynlər səsləndirilən iddiaları təsdiqlədilər.

Xezerxeber.az-ın məlumatına görə, bəzi valideynlər isə pul yığılmasının yalan olduğunu iddia etdilər.

148 saylı məktəbin ibtidai sinif müəllimi Reyhan Hacıyeva səsləndirlən iddiaları təkzib etdi.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, 148 nömrəli tam orta məktəbdə vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılacaq. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
6
4
xezerxeber.az

6Mənbələr