AZ

Tanınmış məşqçi bu klubu çalışdıra bilər

Misirin "Əl-Əhli" klubu bir müddət əvvəl "Trabzonspor"u çalışdıran Abdullah Avcının xidmətində maraqlıdır.

Misir Premyer Liqasında çıxış edən "Əl-Əhli" klubu Joze Riveyro ilə yollarını ayırıb. İddialara görə, Abdullah Avcı "Əl-Əhli" klubunun yeni baş məşqçisi vəzifəsinə üç namizəddən biridir. Rui Vitoria və Ramon Diazın da “Əl-Əhli”nin məşqçi namizədləri arasında olduğu iddia edilir.

Qeyd edək ki, Abdullah Avcı Türkiyədə bir sıra klublarda və millidə çalışıb. \\Metbuat.Az

Seçilən
1
1
hurriyyet.az

2Mənbələr