AZ

Rusiyanın kölgə donanması bir il ərzində 45% artıb – NYT

Rusiyanın kölgə donanması bir il ərzində 45% artıb.

İnterpress.az xəbər verir ki, bu barəd “The New York Times” S&P Global Market Intelligence-in məlumatlarına istinadən məlumat yayıb.

2025-ci ilin əvvəlində Rusiyanın neft satışı məhdudiyyətlərindən yayınmaq üçün 2022-ci ildən sonra yaratdığı donanma 940 gəmidən ibarət idi. Bu, istismarda olan bütün neft tankerlərinin təxminən 17%-ni təşkil edir.

Rusiyanın kölgə donanmasında gəmilərin orta yaşı təxminən 20 ildir. Bu, adi neft tankerlərinin orta yaşından yeddi il böyükdür.

Həmçinin, sanksiyalara görə kölgə donanması çox vaxt sığortasız fəaliyyət göstərir, ekspertlərin fikrincə, bu, ekoloji fəlakət riskini artırır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
8
interpress.az

1Mənbələr