Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.
Publika.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Telegram"da məlumat yayıb.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi Moskvaya pilotsuz təyyarələrin hücumunu dəf edir", - Sobyanin bildirib.
O, daha sonra hücumun detallarını açıqlayıb:
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya hücum edən 7 pilotsuz uçuş aparatını məhv edib. İlkin məlumata görə, heç bir ziyan dəyməyib".