AZ

Azərbaycanlı idmançı Misirdə medal qazandı

Azərbaycan təmsilçisi Rəsul Əhmədzadə Misirin Qahirə şəhərində idman gimnastikası üzrə keçirilən beynəlxalq “Pharaohs Cup” yarışında uğurla çıxış edib.

Fanat.Az xəbər verir ki, idmançımız turnirdə gümüş medal qazanıb.

O, sərbəst hərəkətlərdə 13.033, dayaqla at proqramında isə 13.366 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Aydın Əlizadə isə sərbəst hərəkətlər proqramında 12.533 xalla gümüş medalın sahibi olub.

Seçilən
9
fanat.az

1Mənbələr