AZ

Albert Aqarunovun vurduğu tankın komandiri ölüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın Milli Qəhrəmanı, mərhum Albert Aqarunovun vurduğu erməni tankının komandiri Qaqik Avşaryan ölüb.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qaqik Avşaryanın komandanlıq etdiyi 442 nömrəli T-72 erməni tankı Birinci Qarabağ müharibəsi zamanı Şuşa yaxınlığında məhv edilib. İki ekipaj üzvü - Aşot Avanesyan və Şahen Sarkisyan yerindəcə ölüb, polkovnik Qaqik Avşaryan isə döyüş meydanından qaçıb.
Uzun müddət tank Şuşanın girişində yerləşdirilib, lakin şəhər azad edildikdən sonra 2023-cü ildə o, yerindən çıxarılaraq Bakıya gətirilib.
Seçilən
15
5
oxu.az

6Mənbələr