AZ

Məşhur təzyiq dərmanı şəkər xəstəliyindən qoruyurmuş

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış təzyiq dərmanı 1-ci tip şəkər xəstəliyində insulin istehsal edən hüceyrələri qoruyurmuş.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, illərdir hipertoniya və ürək xəstəliklərinin müalicəsində istifadə olunan Verapamil dərmanı yeni diaqnoz qoyulmuş 1-ci tip şəkər xəstəliyi olan xəstələrdə insulin istehsal edən hüceyrələrin fəaliyyətini qorumağa kömək edə bilər.

Bu nəticələr Avstriyanın Vyana şəhərində keçirilən Avropa Şəkər Xəstəlikləri üzrə Tədqiqat Assosiasiyası (EASD) illik toplantısında beynəlxalq Ver-A-T1D qrupu tərəfindən təqdim edilib.

Tədqiqatda Avropanın müxtəlif ölkələrindən 136 yetkin iştirakçı yer alıb. Onlara Verapamilin yavaş buraxılan forması və ya plasebo verilib. Bir il sonra dərmanı qəbul edən xəstələrdə pankreasın insulin istehsalı daha yaxşı qorunub və yüksək dozalı insulin inyeksiyalarını daha uzun müddət təxirə salmaq mümkün olub.

Alimlər iştirakçıları dərmanı qəbul etməyə davam etdikləri müddətdə izləməyi planlaşdırır. Əgər nəticələr təsdiqlənərsə, Verapamil uzun illər istifadə olunmuş qan təzyiqi dərmanı olaraq şəkər xəstəliyinin müalicəsində də yeni rol oynaya bilər.

İsmayıl

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
news.milli.az

2Mənbələr