AZ

Mourinyodan iddialı açıqlama

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Benfikanın yeni baş məşqçisi Jose Mourinyo, Fənərbağçada keçirilən seçkilərlə bağlı suala cavab verib. Portuqaliyalı məşqçi, klubun keçmiş prezidenti Ali Koçun seçkidə qalib gələ bilməməsinə üzüldüyünü bildirib.

Mourinyo, Rio Ave ilə oyun öncəsi mətbuat konfransında danışaraq bunları deyib:

"Fənərbağçadakı seçki məni maraqlandırmır, bununla heç bir əlaqəm yoxdur. Amma Ali Koçun seçimi qazana bilməməsinə üzüldüm. Orada keçirdiyim vaxt qısa, intensivlik, empatiya və ehtiras isə az idi. Orada qalan futbolçular üçün hər şeyin yaxşı getməsini arzulayıram."

Portuqaliyalı məşqçi həm də çempionluq həsrətindən danışıb:

 "Əgər mövsümün sonuna qədər evdə otursaydım, Benfikadan qazandığımdan daha çox qazanacaqdım. Bəs niyə buradayam? Çünki çempionluq uğrunda mübarizə aparmaqdan ötrü darıxmışdım. Romada da, Fənərbağçada bunu edə bilmirdim."

Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
news.milli.az

1Mənbələr