AZ

Sabah İmişli və Saatlıda 2500-dən çox abonentin qazı kəsiləcək » AzadMedia.az



Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Fasilə diametri 315 mm-lik PE "Qaralar kənd" orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq.

Bununla əlaqədar sentyabrın 23-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Mirli, Qaravəlli, Ağcüyür kəndləri və Araz küçəsi, eyni zamanda Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində ( 2 min 516 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Seçilən
35
36
azadmedia.az

10Mənbələr