"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi bəlli olub.
Teleqraf xəbər verir ki, Fransanın oyunçusu Usman Dembele ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
İkinci sıranı İspaniyanın "Barselona" klubunun üzvü Lamin Yamal, üçüncünü isə Dembelenin komanda yoldaşı Vitinya tutub.
Qeyd edək ki, ötən il "Qızıl top" mükafatını "Mançester Siti" və İspaniya yığmasının yarımmüdafiəçisi Rodri qazanmışdı.