AZ

Polşalı nazir Rusiyanı “quduz millətçilik”də ittiham etdi

Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO ölkələrinin Rusiyanın onları qorxutmasına imkan verməyəcəyini bəyan edib. Musavat.com xəbər verir ki, bunu nazir BMT Təhlükəsizlik Şurasının Estoniyanın çağırdığı fövqəladə iclasındakı çıxışında bildirib.

Polşa xarici işlər naziri xatırladıb ki, Rusiya qırıcı təyyarələri Rusiya pilotsuz təyyarəsinin ölkəsinə hücumundan bir həftə sonra Estoniyanın hava məkanını pozub. O qeyd edib ki, bu cür pozuntular "şübhə yaradır, çünki onlar Rusiyanın uzun illərdir Qərbə qarşı apardığı hibrid müharibənin eskalasiyasını təşkil edir".

Bununla əlaqədar olaraq,  o, siyasətçilərin, jurnalistlərin və hüquq müdafiəçilərinin qətllərini, kiberhücumları, Avropanın müxtəlif ölkələrində baş verən yanğınları, Ukrayna səfirliklərinə hücumları sadalayıb: "BMT Təhlükəsizlik Şurası açıq şəkildə bildirməyə borcludur ki, bu cür təxribatlara dözməyəcəyik... Rusiya nümayəndələrinə deyirəm: biz bilirik ki, siz beynəlxalq hüquqa əhəmiyyət vermirsiniz və qonşularınızla sülh şəraitində yaşamağa qadir deyilsiniz".

Sikorskinin fikrincə, Rusiyanın davranışı onun “quduz millətçiliyi” və “hakimiyyət ehtiyacından” irəli gəlir: "Və bu, siz imperiya dövrünün bitdiyini və imperiyanızın bərpa olunmayacağını başa düşməyincə bitməyəcək. Sizin üç günlük "xüsusi hərbi əməliyyatınız" 10 ildən sonra da Donbası fəth edə bilmədi. 1914-cü ildə Bolşevik İnqilabınızla nəticələnən Birinci Dünya Müharibəsini qızışdırdınız. İkinci Dünya Müharibəsindən sonra Avropanı siz Soyuq Müharibəyə təhrik etdiniz, başqa bir müharibəyə başlamayın”.

O, Rusiyaya “bir xahişlə” də müraciət edib: "Sizin Ukraynanı işğal etmək cəhdləriniz heç kim tərəfindən dəstəklənmir və bizi qorxutmayacaq. Əgər qəsdən və ya təsadüfən başqa raket və ya başqa obyekt məkanımıza daxil olarsa, o, vurularsa və NATO ərazisinə dağıntılar düşərsə, bura şikayət etməyə gəlməyin. Sizə xəbərdarlıq edilib".

 

Musavat.com

 

 

Seçilən
14
6
musavat.com

7Mənbələr