AZ

Türkiyə XİN dən Ərdoğanın BMT də sözünün kəsilməsi ilə bağlı xəbərlərə REAKSİYA

ain.az, Sherg.az saytına istinadən bildirir.

Türkiyənin Xarici İşlər Nazirliyi Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı mikrofonunun səsinin kəsilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu haqda XİN-in Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, BMT Baş Assambleyasının yüksək səviyyəli beynəlxalq konfransında dövlət və hökumət başçılarına 5 dəqiqə, digər çıxışçılara isə 3 dəqiqə vaxt ayrılıb.

Prezident Ərdoğanın çıxışı alqışlar səbəbindən müəyyən vaxtdan artıq davam etmiş və texniki səbəblərə görə mikrofon 5-ci dəqiqədə avtomatik bağlanmışdır.

Prezident çıxışını bir müddət sonra tamamlayıb. Oxşar vəziyyət İndoneziya Prezidentinin çıxışında da baş verib.

Vurğulanıb ki, Türkiyə BMT-də yüksək səviyyədə təmsil olunur və Prezidentin çıxışları qlobal gündəmə istiqamət verən mesajlar kimi izlənilir.

Qeyd edək ki, az əvvəl Türkiyə prezidentinin çıxışı zamanı mikrofonunun səsinin qəsdən kəsilməsi ilə bağlı xəbərlər yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
2
sherg.az

3Mənbələr