AZ

10 milyon kiloqram uran ehtiyatı olan mədən kəşf olunub

10

ABŞ-da 10 milyon kiloqram uran ehtiyatı olan nəhəng bir mədən tapılıb. "Econews" nəşri yazır ki, bu yataq dünyanın ən iri, eyni zamanda, ən yüksək keyfiyyətli uran mənbələrindən biridir.

Reyting.az
-ın məlumatına görə, mütəxəssislər deyiblər ki, yeni kəşf onilliklər ərzində böyük regionların enerji təminatını gücləndirəcək, ABŞ və müttəfiqlərinin strateji müstəqilliyini artırmaqla, qlobal nüvə energetikasında çox ciddi rol oynayacaq.

Bu mədənin dəyəri təxminən 8,4 milyard dollar qiymətləndirilir. Lakin yeni ərazidə istehsalın başlanması texniki, həmçinin müxtəlif əməliyyatlar və insan amili ilə bağlı çətinliklərlə müşayiət oluna bilər.

Mütəxəssislərin fikrincə, uran mədəninin yeni kəşfi super güc kimi qəbul olunmuş ABŞ-nın çox tezliklə enerji təhlükəsizliyini möhkəmləndirəcək, həmçinin bu ölkənin geosiyasi mövqeyini gücləndirəcək.

Oqtay QORÇU
Seçilən
17
1
reyting.az

2Mənbələr