AZ

Qalaktikamızın o tayında qədim sivilizasiya ola bilər

ain.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Yer kürəsindən kənarda həyatın mövcudluğuna dair yeni elmi araşdırma maraqlı nəticələr ortaya qoyub.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Helsinkidə keçirilən EPSC-DPS 2025 beynəlxalq konfransında təqdim olunan tədqiqatda bildirilir ki, əgər yad sivilizasiya varsa, onun Yerdən ən azı 33 min işıq ili uzaqda yerləşməsi ehtimal olunur.

Araşdırma Avstriya Elmlər Akademiyasının alimləri Manuel Şerf və Helmut Lammerin rəhbərliyi ilə aparılıb. Alimlər bildiriblər ki, həyatın yaranması üçün su və müəyyən kimyəvi elementlər kimi əsas faktorların olması vacibdir. Lakin inkişaf etmiş bir sivilizasiyanın uzun müddət mövcudluğunu təmin edən şərtlər daha mürəkkəb və nadir rast gəlinəndir.

Mütəxəssislərin fikrincə, əgər bu cür sivilizasiyalar doğrudan da mövcuddursa, onların bizimkindən xeyli qədim və texnoloji baxımdan daha inkişaf etmiş olması mümkündür. Tədqiqatda həmçinin vurğulanıb ki, belə sivilizasiyalar adətən qalaktikamızın ucqar bölgələrində yerləşə bilər.

Konfrans çərçivəsində bu mövzu ətrafında geniş elmi müzakirələr aparılıb və gələcəkdə daha əhatəli araşdırmaların vacibliyi qeyd olunub.

Seyranə QuliyevaMissiya.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
missiya.az

2Mənbələr