AZ

Beynəlxalq Maliyyə Korporasiyasının meneceri ilə görüş keçirilib

Finss.az - Beynəlxalq Maliyyə Korporasiyası ilə dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqi, infrastruktur və sosial sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının Avropa üzrə Dövlət özəl tərəfdaşlığı sahəsində tranzaksiya məsləhət xidmətləri üzrə regional meneceri Tomas Lubek ilə görüşüb.

Görüşdə Azərbaycanda dövlət-özəl tərəfdaşlığı (PPP) mexanizmlərinin tətbiqi, infrastruktur və sosial sahələrdə birgə layihələrin həyata keçirilməsi, həmçinin beynəlxalq maliyyə institutlarının bu prosesdə rolu müzakirə olunub.

Həmçinin Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və investisiyaların cəlb olunması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Qeyd edilib ki, PPP modellərinin tətbiqi həm infrastrukturun inkişafına, həm də özəl sektorun iqtisadiyyatda iştirakının genişlənməsinə mühüm töhfə verir.

Ölkəmizin Dövlət-Özəl Tərəfdaşlığı sahəsində atdığı addımlar yüksək qiymətləndirilib, Beynəlxalq Maliyyə Korporasiyasının bu istiqamətdə texniki yardım, maliyyə alətləri və beynəlxalq təcrübə ilə dəstək mexanizmləri müzakirə olunub.

Tərəflər xüsusilə nəqliyyat, enerji, su təsərrüfatı və sosial infrastruktur sahələrində PPP layihələrinin inkişaf etdirilməsi üçün əməkdaşlıq imkanları nəzərdən keçiriblər.

Seçilən
9
2
fins.az

3Mənbələr