AZ

İlin ən yaxşı məşqçisi seçildi - FOTO

PSJ-nin çalışdırıcısı Luis Enrike nüfuzlu Yohan Kroyf mükafatına layiq görülüb. Bu mükafat hər il dünyanın ən yaxşı məşqçisinə təqdim olunur.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, mükafatlandırma mərasimi Parisdəki "Şatle" teatrında baş tutub və qalib adını Luis Enrike qazanıb.

Xatırladaq ki, ispan mütəxəssis 2023-cü ilin yayından PSJ-yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda ötən mövsüm Çempionlar Liqasının qalibi olub, həmçinin Fransa çempionluğu, ölkə kuboku və Superkuboku qazanıb.

Bununla yanaşı, İngiltərə yığmasının baş məşqçisi Sarina Viqman qadın futbolunda ilin ən yaxşı mütəxəssisi seçilib.

Tural
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
22
50
milli.az

10Mənbələr