AZ

Özünə "ölüm yoldaşı" götürən skuter sürücüsü təhlükə saçdı - VİDEO

MTX direktoru Andranik Simonyan Bakıya səfəri zamanı həbsdə olan 10 nəfər erməninin siyahısını Azərbaycan tərəfinə təhvil verib.

Avtosfer.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd edilib ki, Ermənistan tərəfinin ikitərəfli münasibətlərin normallaşması çərçivəsində təqdim etdiyi siyahıdakı adlar bunlardır: Erik Qazaryan, Levon Balayan, David Alaverdyan, Melikset Paşayan, Qarik Martirosyan, Vasili Beqlaryan, Lüdviq Mkrtçyan, Alyoşa Xosrovyan, Qurgen Stepanyan və Mədət Babayan. 

Simonyan səfəri zamanı Qarabağda ləğv olunmuş separatçı rejimin hərbi-siyasi rəhbərliyinin (8 nəfər) azadlığa buraxılması və geri qaytarılması barədə söz açmayıb. 

Qeyd olunub ki, bu 10 nəfərin azadlığa buraxılması müqabilində Azərbaycan tərəfi əks siyahı və şərtlər irəli sürüb: 2020-ci il müharibəsində muzdlu terrorçu kimi iştirak etmiş, Ermənistanda çoxsaylı mülki əhali arasında qətllər törətmiş, Ermənistanda ömürlük həbs cəzası almış Suriya Ərəb Respublikasının iki vətəndaşı Muhrab Muhammad al-Şxeri və Yousef Alabet al-Hacinin verilməsini tələb edib. 

Məlumata görə, Andranik Simonyan Azərbaycanın tələbini yerinə yetirməyə razılaşıb.(unikal)

Seçilən
11
avtosfer.az

1Mənbələr