Oktyabrın ilk yarısında startı veriləcək Region Liqasında oynayacaq daha bir komandanın adına aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Kristal"ın çempionatda iştirakı dəqiqləşib.
Böyük futbolda debüt edəcək komandanın baş məşqçisi, vaxtilə MOİK-i və 2000-ci ildə birinci dəstədə “Qarabağ Azərsun”u çalışdıran Şahin Şahhüseyni saytımıza açıqlamasında xəbəri təsdiqləyib:
"İki ildir fəaliyyət göstəririk. ANcaq əvvəl uşaq komandalarının yarışlarında və minifutbol turnirlərində iştirak edirdik. Böyük futbola gəlməyə qərar verdik. Sponsorumuz "Kristal Abşeron"dur. İlk il üçün gənc oyunçulara - 2007-2008 təvəllüdlülərə şans vermişik. Artıq bir müddətdir məşqlərə başlamışıq. Ev oyunlarımızı İdman Akademiyasının stadionunda keçirəcəyik".
Region Liqasının püşkü oktyabrın 7-də atılacaq. Yarışa isə ayın 11-də start veriləcəyi gözlənilir.
Mirağa