Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.
23 sentyabr görkəmli Çili şairi Pablo Nerudanın anım günüdür.
Kulis.az bu münasibətlə Ümid Nəccarinin tərcüməsində onun şeirlərini təqdim edir.
Uzaqlarda kimsə nəğmə oxuyur...
Uzaqlarda
ürəyim itirməyinə razı deyil
sanki onu yaxınlaşdırmağa...
Gözüm onu axtarır,
ürəyim onu istəyir
Və o mənimlə deyil!
Elə həmin gecədir ki,
elə həmin ağaclar ağarır...
Amma biz həmin deyilik,
öncəkilər kimi deyilik.
Daha sevmirəm onu!
Bəli..!
Amma bəlkə sevirdim onu...
Səsim külək arxasıncaydı ki,
səsim qulaqarına çatsın.
Başqa birisinə aid,
Başqa birisinə aid olacaqdı.
mənim öpüşlərimdən öncəki kimi.
Səsi,
aydın bədəni,
sonsuz gözləri...
Daha sevmirəm onu.
Bəli!
Amma bəlkə sevirdim onu...
Sevgi qısadır,
unutqanlıq isə uzun.
O gecələr kimi ki, onu qucağıma çəkdim...
Onu itirməyə razı deyildi ürəyim.
Bu ən son dərddir ki ondan mənə çatır,
Bu ən son şeirdir ki onunçün yazıram...
***
Səni qadın adlandırdım...
Nə çoxdur səndən hündürlər, hündürlər,
nə çoxdur səndən aydınlar, aydınlar...
Amma sən bircə qadınsan.
Küçədən keçirsən,
və çəkmirsən kimsənin baxışını arxanca.
Görmür kimsə başındaki tacı,
baxmır kimsə ayağın altındakı
qırmızı xalçaya...
...Və sən peyda olan zaman
bütün çaylar nəğməyə dönür
mənim canımda,
rənglər göyü titrədir.
...Sadəcə, sən və mən,
sadəcə sən və mən, sevgilim
qulaq asırıq ona!
***
Sevgi!
Səni görmədən,
baxışını tanımadan,
dərk etmədən
sevirdim...
***
Bundan öncə də səni görmüşəm
bəlkə də
bir şərab bardağını qaldırarkən
həmin gitaraydın...
Bəlkə də
Səni düzgün dilləndirə bilmədim...
***
Sevirdim səni,
dərk etmədən.
Sevirdim
səni görmədən...
Və birdən sən mənimlə
tək-tənha ordaydın.
Toxunurdum sənə,
sığal çəkirdim...
Yaşayırdım ərazində
ildırım od olan təki.
Od sənin ərazindir, ey hökmdarım!
Bu tarixi abidələri görmədən ölməyin! - Orta Asiyada sizi valeh edəcək 7 abidə
Xərçəng preparatları uzaq keçmişin acı xatirəsi... - Günel Mehrinin şeirləri
"Mən o vaxtdan ədəbiyyatdan pul qazanmağın metodunu bilirəm..." - Varislə videomüsahibə
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.