AZ

Zirə nin kapitanı: Bizim işimiz turnir cədvəlinə baxmaq deyil MÜSAHİBƏ

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Zirə"nin kapitanı Qismət Alıyevin Sport24.az-a müsahibəsi 

- Premyer Liqanın V turunda "Şamaxı"ya qalib gəldiniz. Oyunla bağlı fikirlərini almaq istərdik.

- "Şamaxı" ilə matçlar hər zaman çox gərgin keçir. Son qarşılaşmalarda inamlı qələbə qazanmışdılar. Bizimlə görüşə də qalibiyyət üçün gəlmişdilər. Qarşılaşmanın əvvəlində hesabı açdılar. Fasiləyə məğlub durumda yollandıq. Bizim üçün önəmli matç idi. İkinci yarıda vacib qollar vuraraq qalibiyyəti əldə etdik.

- Matçın sonlarına yaxın hesabda geridə idiniz. Qolları 80-ci dəqiqədən sonra vurdunuz. Bunu nə ilə bağlayırsan?

- Fikrimcə, ilk dəqiqələrdən oyun bizim nəzarətimizdə idi. Yaxşı qol imkanlarımız da olmuşdu. Son nöqtəni qoya bilmirdik. İkinci hissəyə hücumlarla başladıq. Elə alındı ki, qollar 80-ci dəqiqədən sonra oldu.

- "Zirə" hazırda 5 turdan sonra 11 xalla vahid liderdir. Bu nəticəni gözləyirdinizmi?

- Hələlik çempionatın əvvəlidir. Beş turdan sonra hər şey dəyişə bilər. Keçən həftə "Sumqayıt" birinci yerdə idi. Məncə, mövsümün startında turnir cədvəli önəmli deyil. Hazırda bizim işimiz turnir cədvəlinə baxmaq deyil, qarşıdakı oyuna köklənməkdir. 

- Liderliyi hansı turadək davam etdirə bilərsiniz?

- Komanda olaraq yalnız qarşıdakı görüşə hazırlaşırıq. Premyer Liqada komandaların hər biri optimal formalarını yığırlar. Beş tur arxada qalıb. Hər kollektiv qalib gəlmək üçün böyük əziyyət çəkir. 

- VI turda "İmişli" ilə üz-üzə gələcəksiniz. Bu oyun haqqında nə deyə bilərsən?

- Onlar son dörd oyunda məğlub olmayıblar. Üç qarşılaşmada isə iddialı komandalardan qələbələr qazanıblar. "Sumqayıt"la matçda texniki məğlubiyyət alsalar da, qalib gəlmişdilər. Fikrimizi ancaq həmin oyuna yönəltmişik. Bizi çətin səfər qarşılaşması gözləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
sport24.az

2Mənbələr