AZ

Qəhvə qalıntısı – bitkilər üçün təbii gübrə

Səhərlər hazırladığımız qəhvədən sonra atdığımız qalıntılar əslində qapalı və bağ bitkiləri üçün faydalı gübrə rolunu oynaya bilər.

E-saglam.az xəbər verir ki, onlar torpağı yalnız qidalandırmır, həm də strukturunu yaxşılaşdıraraq sağlam və güclü böyüməni dəstəkləyir. İstifadə olunmuş qəhvə qalıntısında azot, kalium, maqnezium, kalsium və digər iz elementləri var. Bu maddələr bitkilərdə güclü gövdə, yaşıl yarpaq və xəstəliklərə qarşı müqavimət formalaşdırır. Qəhvədən qida maddələri tədricən ayrıldığı üçün bitki uzun müddət bəslənir və əlavə gübrəyə tez-tez ehtiyac qalmır.

Düzgün istifadəsini təqdim edirik:

Qəhvə qalıntısını əvvəlcə qurudun ki, küflənməsin.

Torpağın üst qatını dəyişərkən qarışdırın.

Aktiv böyümə dövründə həftədə bir dəfə suya infuziya şəklində əlavə edin.

Təmiz formada isə mövsümdə yalnız 1–2 dəfə istifadə etmək məsləhətdir.

Komposta qatıldıqda çürüməni sürətləndirir və qarışığı azotla zənginləşdirir.

Qəhvə qalıntısı pulsuz və ekoloji cəhətdən təmizdir, torpağın quruluşunu yaxşılaşdırır və kompost üçün uyğundur. Ancaq dozanın düzgün tənzimlənməsi vacibdir, əks halda torpağı həddindən artıq turşulaşdıra və ya sıx qabıq əmələ gətirə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
2
e-saglam.az

1Mənbələr