AZ

Trampa görə Makronun yolu bağlandı VİDEO

ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampla Fransa Prezidenti Emanuel Makron arasında Nyu Yorkda maraqlı anlar yaşanıb. 

Globalinfo.az xəbər verir ki, Trampın kortejinin BMT Baş Assambleyasının 80-ci sessiyasının keçirildiyi əraziyə getməsi üçün yollar bağılanıb və küçələrdə hərəkət tam dayandırılıb.

Bu zaman avtomobili dayandırılanlardan biri də Emmanuel Makron olub. O, polislə nə qədər danışsa da, yol açılmayıb və keçidinə icazə verilməyib.

Nəticədə Makron Trampa zəng edərək zarafatla yolu açmasını istəyib. Həmin anlar sosial şəbəkələrdə maraqla qarşılanıb. Görüntüləri təqdim edirik.

Görüntüləri təqdim edirik:

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr