AZ

Dövlət fondu özəl şirkətin səhmdarları sırasına daxil olur - MÜQAVİLƏ İMZALANDI

İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABIF) və "ARGS Holding" MMC arasında şüşə istehsalı ilə məşğul olan "AzerFloat" ASC-nin nizamnamə kapitalında birgə iştirakla bağlı müqavilə imzalanıb.

Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Müqaviləni ABIF-in baş direktoru Yasin Cəlilov və "ARGS Holding" MMC-nin icraçı direktoru imzalayıb.

Müqavilə Azərbaycanda şüşə istehsalı sahəsində yeni imkanlar yaradacaq.

Azərbaycan Biznesinin İnkişafı Fondu (Azərbaycan Respublikasında iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

Seçilən
3
marja.az

1Mənbələr