AZ

Müsəlmanları təhqir edən erməni blogeri zorla maşına basıb döydülər - ANBAAN VİDEO

Moskvanın mərkəzində qalmaqallı və şokedici hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, tanınmış erməni əsilli iş adamı və bloger Areq Samveloviç Çepixin bir qrup naməlum şəxs tərəfindən zorla yerə yıxılaraq sürüklənib, daha sonra isə lüks markalı avtomobilin baqajına basılaraq naməlum istiqamətə aparılıb.

Şahidlərin çəkdiyi videolarda Çepixinin qışqıraraq kömək istədiyi, amma ətrafdakıların müdaxilə edə bilmədiyi görünür. Avtomobilin üzərində polisə məxsus siqnalları xatırladan işarələrin olması hadisəni daha da müəmmalı edib.

“Eşşək kimi döydülər” – Çepixin özü danışır

Hadisədən sonra Çepixin ağır vəziyyətdə ortaya çıxaraq başına gələnləri etiraf edib. Onun sözlərinə görə, onu aparanlar çeçenlər olub və “eşşək kimi döyərək” dərs veriblər. Videoda sifətinin şişmiş, gözlərinin altının göyərmiş halda görünməsi də bunu təsdiqləyib.

Müsəlmanlara qarşı təhqirlər – qalmaqalların səbəbi

Musavat.com xatərladır ki, Çepixin sosial şəbəkələrdə dəfələrlə müsəlmanları, Allahı, Qur’anı və xüsusilə də çeçen xalqını ən ağır və təhqiramiz ifadələrlə hədəfə alıb. Onun bu davranışları uzun müddətdir geniş qəzəb doğururmuş. Məhz bu səbəbdən çeçenlərin hərəkətə keçdiyi, blogeri öz üsulları ilə “cəzalandırdığı” iddia olunur.

Kadırov izi – Moskvanın ortasında “cəza əməliyyatı”

İddialara görə, baş verənlərin arxasında Çeçenistan rəhbəri Ramzan Kadırovun adamları dayanır. Sosial şəbəkələrdə yayılan məlumatlarda bu şəxslərin xüsusi siqnallı maşınlarla gəldiyi, sanki rəsmi əməliyyat keçirirmiş kimi hərəkət etdiyi bildirilir. Bu da Moskvanın mərkəzində hüquqi dövlət prinsiplərinin necə tapdalandığını göstərən ən açıq nümunələrdən biri hesab olunur.

Təxribatçı bloger – yoxsa “əzabdan zövq alan” provokator?

Diqqətçəkən məqamlardan biri isə Çepixinin döyüldükdən sonra da sanki bundan xüsusi zövq alırmış kimi davranmasıdır. O, müsəlmanları hədəf alan təhqirlərini bir növ “öz missiyası” kimi təqdim edir və hər dəfə bu tip qalmaqallardan sonra daha da məşhurlaşır.

Məhkəmə qərarı – Çepixin həbsxanaya göndərildi

Hadisədən qısa müddət sonra məsələ artıq hüquqi müstəviyə daşınıb. Moskva şəhərinin Zamoskvoreçye rayon məhkəməsi istintaq orqanlarının vəsatətini təmin edərək Areq Samveloviç Çepixin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Rusiya Cinayət Məcəlləsinin 280-ci maddəsinin 2-ci hissəsi (“ekstremizmə çağırış”) və 282-ci maddənin 2-ci hissəsi (“millətlərarası nifrət və düşmənçiliyin salınması”) ilə təqsirləndirilir.

Musavat.com

Seçilən
3
4
musavat.com

5Mənbələr