AZ

İsrail bu addımı atsa, Trampın planları iflasa uğrayacaq

İsrail İordan çayının qərb sahilini ilhaq etsə, ABŞ ilə münasibətləri korlayacaq.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Qeyd olunur ki, beynəlxalq təcrid fonunda İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin dövlət qurmaq ümidlərini məhv etməyin həm ərəb dünyası, həm də ABŞ-la əlaqələrə zərər vuracağını nəzərə almalıdır.

“Ərəb ölkələri xəbərdarlıq ediblər ki, İsrailin İordan çayının qərb sahilini ilhaq etməsi mövcud sazişləri poza və ya onların genişlənməsinin qarşısını ala bilər. Bu isə ABŞ prezidenti Donald Trampın özünü sülhməramlı lider kimi təqdim etmək planlarını sarsıda bilər”, - deyə məqalədə qeyd olunub.

Seçilən
2
publika.az

1Mənbələr