AZ

Fələstinin dövlət kimi tanınması İsrailin hərbi əməliyyatını dayandırmayacaq

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa dövlətlərinin mütləq əksəriyyəti tərəfindən Fələstinin mustəqilliyinin tanınması İsrailin Qəzzada antiterror əməliyyatı adı altında həyata keçirdiyi hərbi əməliyyatların dayandıracağını düşünməyə əsas vermir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov deyib.

O, qeyd edib ki, Kollektiv Qərb iki dövlət modelini müdafiə edib fələstinlilərin müstəqil dövlətçilik istəklərinə dəstək versə də, İsraili Fələstinə münasibətdə sərgilədiyi mövqedən geri çəkilmək və ya imtina etmək üçün beynəlxalq hüquqa söykənən addımlar atmırlar. Onlar İsraili durdura biləcək sanksiyaların tətbiqini tələb etmir, onunla əməkdaşlığa dair yeni reallıqlara söykənən mövqe numayiş etdirmirlər:

"Qərbin Fələstin məsələsində mövqeyi hələlik deklorativ xarakter kəsb edir və ikili standartlar təəssüratı doğurur. Qəzzalıları təmsil etmək üçün legetimlik statusuna malik olan HƏMAS-ı Qərb dövlətləri hələ ki, tanımaq fikrindən uzaqdırlar, bu isə Fələstin ətrafında siyasi qütbləşməni Fələstin Azadlıq Təşkilatının xeyrinə daha da dərinləşdirir. Digər tərəfdən ABŞ-ın İsrailə olan siyasi, hərbi və maliyyə dəstəyi, BMT çərçivəsində isə İsrailə qarşı yönəldilə biləcək sanksiyalara veto qoyması mahiyyət etibarı ilə Qərbin Fələstinə göstərdiyi siyasi dəstəyin əhəmiyyətini kiçildir".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
icma.az

2Mənbələr