AZ

Stomatoloq səhər ağız qoxusunun əsas səbəblərini açıqladı

Britaniyalı diş həkimi Sofina Əhməd səhərlər yaranan ağız qoxusunun səbəbləri barədə danışıb. Onun sözlərinə görə, bu hal yuxu zamanı tüpürcək istehsalının azalması ilə bağlıdır.

Editor.az xəbər verir ki, mütəxəssis Metro nəşrinə müsahibəsində bu barədə qeyd edib. Onun sözlərinə görə, yuxu zamanı, xüsusilə ağızdan nəfəs alarkən tüpürcəyin azalması bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Bu da səhərlər pis qoxu və ağızda acı dad hissi ilə nəticələnir.

Diş həkimi bildirib ki, qeyri-adi dad hissləri bəzən sağlamlıq problemlərinin göstəricisi ola bilər. Məsələn, ağızda duzlu və ya metal dad sinus infeksiyası, allergiya və ya rinitlə əlaqədar ola bilər. Bu zaman burundan boğaza axan selik bakteriya və iltihab izlərini daşıyır.

Mütəxəssislərin sözlərinə görə, turş dad isə çox vaxt qastroezofageal reflüksün əlamətidir. Bu vəziyyət gecə saatlarında mədə turşusunun qida borusuna qalxması ilə baş verir və həzm narahatlıqları ilə müşayiət oluna bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr