AZ

“Azərbaycan BMT platformasında sülh gündəliyini irəli aparır” - Azər Allahverənov

 “Azərbaycan BMT platformasında sülh gündəliyini irəli aparır”.

Milli Məclisin deputatı Azər Allahverənov News365.az-a açıqlamasında BMT-nin 80 illiyi münasibətilə keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, yubiley tədbiri olsa da, əsas məqsəd BMT-nin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, islahatların aparılması və yeni strateji çərçivələrin hazırlanmasıdır:

“Burada əsas sual BMT bundan sonra hansı istiqamətdə fəaliyyətini qurmalıdır məsələsidir. Tədbir həm də dayanıqlı inkişaf məqsədlərinin icrası baxımından vacibdir. Azərbaycan üçün də bu məqsədlər böyük əhəmiyyət daşıyır. Xüsusilə mina problemi ayrıca bir hədəf kimi gündəmə gətirilib və bu təşəbbüs Azərbaycanın təklifi ilə reallaşıb”.

Deputat qeyd edib ki, Azərbaycanın bu prosesdə iştirakı mühüm nəticələr doğuracaq:

“Azərbaycan üçün ən önəmli məqam BMT tribunasından sülh gündəliyinin irəli aparılmasıdır. Cənubi Qafqazda marağı olan dövlətlərin sülh naminə əməkdaşlığa təşviqi ölkəmizin dünyaya verə biləcəyi ən vacib mesajlardan biridir”.

Seçilən
2
news365.az

1Mənbələr