AZ

Dövlət qurumun 6.1 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU

Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi əlillərin reabilitasiyası məqsədi ilə malların satınalınması ilə bağlı açıq tenderə yekun vurub.

FED.az xəbər verir ki, qalib "ZN Trade" şirkəti seçilib.

Qalib şirkətə bunun üçün 6  milyon 110 min 691 manat ödənilcək.

Tenderin ehtimal olunan qiyməti 6 milyon 179 min 847 manat idi.

Şirkət daha öncə də Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzində müxtəlif vaxtlarda  12 milyon 371 min 549 manat, 12 milyon 225 min 218 manat, 449 min 723 manat dəyərində eyni adlı tenderlərin qalibi olub. 

"ZN Trade" MMC 09 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Oksigen küçəsi, ev 3/8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Kərimov Nüsrəddin Yolçu oğludur. 

Seçilən
15
1
fed.az

2Mənbələr