Bu il Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçının adı açıqlanıb.
Dekabrın 13-də Tbilisidə keçiriləcək yarışmada ölkəmizi Yağmur Nəsrullayeva təmsil edəcək.
Bu barədə sentyabrın 23-də keçirilən mətbuat konfransından məlumat verilib.
Qeyd olunub ki, seçim prosesi kifayət qədər gərgin keçib. “Müsabiqəyə 60-dan çox müraciət daxil olub. Onların arasından seçilən ən yaxşı 15 iştirakçı növbəti mərhələyə buraxılıb və yekunda qalib müəyyən edilib.
© Azərtac