AZ

"Rusiya-NATO qarşıdurması perspektivdə geniş hərbi təlimlərlə davam edəcək"- Politoloq

 “Rusiya-NATO qarşıdurması perspektivdə hərbi təlimlərlə davam edir”

Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi təkcə iki ölkə arasında deyil, əslində Rusiyanın kollektiv Qərblə qarşıdurmasının bir hissəsidir.

Onun sözlərinə görə, indiyə qədər hərbi qarşıdurma birbaşa baş verməsə də, hər iki tərəf taktiki və strateji hərbi təlimlər həyata keçirir:
“NATO Şimal Yardım Küləsi çərçivəsində Finlandiya, Norveç, Rumıniya və Qara dəniz sahillərində genişmiqyaslı təlimlər keçirir. Rusiya isə Belarusiyada 2025-ci il təlimlərinə start verib. Bu təlimlər NATO ilə Rusiya arasında potensial risklərin artdığını göstərir”.

Politoloq əlavə edib ki, qarşıdurma taktiki dron müharibəsi ilə məhdudlaşmayacaq:
“Əgər Rusiya-NATO qarşıdurması baş verərsə, bu taktiki müharibə ilə başlayıb strateji silahlarla davam edə bilər. Hər iki tərəf üçün böyük itkilər qaçılmazdır və mülki əhalinin vəziyyətinə də mənfi təsir göstərə bilər”.

Seçilən
6
news365.az

1Mənbələr