AZ

Məhkəmə qərarı - “Asfalt Raqib” 100 hektar meşəni geri qaytaracaq

Məhkəmə qərarı - “Asfalt Raqib” 100 hektar meşəni geri qaytaracaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı məşhur Haftoni meşəsində icarə müqaviləsinin şərtlərinə zidd olaraq 100 hektar ərazidə bağ salan şəxsin müqaviləsinə xitam verilməsi iddiasına Ali Məhkəmədə baxılıb.

“Ecofront” səhifəsinə istinadən xəbər verilir ki, iş adamı Raqib Məmmədova qarşı qaldırılan iddia təmin edilib və icarə müqaviləsi ləğv olunub. Məhkəmənin qərarına əsasən, adıçəkilən şəxs 100 hektar meşə sahəsini geri qaytarmalıdır.

Bildirilir ki, daha öncə onun icarə müqaviləsindən kənar məhv etdiyi 27 hektar meşə ərazisi də geri qaytarılmışdı. Qeyd edək ki, bir müddətdir “Ecofront” Haftoni meşəsinin məhv edilməsinə qarşı kampaniya aparırdı.

Onların mübarizə apardığı Raqib Məmmədov Lənkərandakı asfalt zavodunun sahibidir və “Asfalt Raqib” adı ilə tanınır.

Seçilən
1
6
afn.az

8Mənbələr