AZ

Politico: Çexiyada seçkilərdə Andrej Babişin qələbəsi Aİ-də balansı dəyişə bilər...

Populist sağçı siyasətçinin hakimiyyətə gəlməsi onun Viktor Orban və Robert Fiko ilə ittifaq qurmasına yol aça bilər…

Poliqon xəbər verir ki, Politico nəşrinin analizinə görə, Çexiyada 3-4 oktyabrda keçiriləcək parlament seçkilərində populist sağçı siyasətçi Andrej Babişin qalib gəlməsi Avropa İttifaqının daxili siyasətində mühüm dəyişikliklərə səbəb ola bilər. Siyasətçi hazırda aparılan sorğularda ön sıradadır və onun hakimiyyətə gələcəyi halda, Macarıstanın baş naziri Viktor Orban və Slovakiyanın baş naziri Robert Fiko ilə yaxın münasibətlər quracağı gözlənilir.

Orban və Fiko uzun müddətdir ki, Rusiya prezidenti Vladimir Putinlə isti əlaqələr saxlayır və Ukrayna məsələsində Avropa İttifaqının birliyini zəiflədən mövqelər nümayiş etdirirlər. Ekspertlər hesab edir ki, Babişin də bu blokla birləşməsi Aİ-nin Rusiya və Ukrayna siyasətində daha dərin parçalanmaya səbəb ola bilər.

Çexiyanın hazırkı baş naziri Petr Fiala seçkiləri “ölkənin geosiyasi gələcəyi uğrunda mübarizə” adlandırıb. Onun sözlərinə görə, qarşıdakı səsvermə Çexiyanın gələcək kursunu müəyyənləşdirəcək:

“Burada əsas məsələ Çexiya Respublikasının hansı yolla gedəcəyidir. Güclü demokratiya, tam azadlıq və rifah yolu ilə Qərbin ayrılmaz bir hissəsi kimi qalacağıqmı, yoxsa şərqə doğru sürüklənəcəyikmi?”, deyə Fiala bildirib.

Siyasi müşahidəçilər bildirirlər ki, Babişin qələbəsi yalnız Çexiyanın daxili siyasətinə deyil, həm də bütün Avropa İttifaqının Ukrayna və Rusiya ilə bağlı qərarlarına ciddi təsir göstərə bilər. Bu səbəbdən Brüssel seçkilərin nəticələrini diqqətlə izləyir.

Poliqon.info

Seçilən
79
4
poliqon.info

5Mənbələr