AZ

Kreml Ukraynanın Moskvaya kütləvi dron hücumuna münasibət bildirib

Rusiya ordusu PUA hücumlarına qarşı effektiv tədbirlər görür.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanın Moskvaya kütləvi dron hücumuna münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ukrayna dronlarının hücumlarına baxmayaraq, Rusiya xüsusi əməliyyatını davam etdirir.

Kremlin sözçüsü Moskvanın Polşanın xarici işlər naziri Sikorskinin Polşa hava məkanının pozulması ilə bağlı bəyanatlarına mənfi yanaşdığını, qərbin əsassız ittihamlarının artıq nəzərə alınmadığını söyləyib.

Seçilən
11
5
apa.az

6Mənbələr