AZ

Konte 4 tura 4 qələbəni belə şərh etdi

İtaliya A Seriyasının 4-cü turunda Neapolda "Piza"nı 3:2 hesabı ilə üstələyən "Napoli"nin baş məşqçisi Antonio Konte çempionatın ilk 4 oyununda 4 qələbə qazanmalarına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:

"Qələbə qazanmaq heç vaxt asan deyil. Oyunçularımıza öncədən demişdim ki, rəqib fiziki cəhətdən çox hazırlıqlı, intensiv oyun sərgiləyən və matçın gedişində tempi dəyişməyi bacaran komandadır. Bu, ağır oyun idi. "Piza"ya boş zona versən, onlar sənə ağır zərbə vura bilərlər. Yüksək pressinq işə yaramayanda sürət yığmaq işinin öhdəsindən layiqincə gəlirlər. Çempionata dörd qələbə ilə başlamağımızdan razıyıq. Bu bizə balanslı mövsüm keçirmək imkanı yaradır".

Xatırladaq ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda səfərdə "Mançester Siti"yə 0:2 hesabı ilə uduzub. Qonaqların müdafiəçisi Covanni Di Lorentso bu matçın 21-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Nihat

Seçilən
3
1
fanat.az

2Mənbələr