AZ

Dəri transplantasiyası olan qızın barmağından tüklər çıxdı



Dəri transplantasiyasından sonra qızın barmağında qasıq tükləri çıxmağa başlayıb.


“Medicina” xəbər verir ki, Raye Broun adlı qız uşaqlıqda qəza nəticəsində barmaq ucunu itirmişdi.


Zədələnmiş barmağın sonrakı deformasiyasını minimuma endirmək üçün həkimlər xəstənin qasıq nahiyəsindən dəri götürərək dəri transplantasiyası etmək qərarına gəliblər.

Hər şey yaxşı görünürdü, lakin Raye yetkinlik yaşına girəndə barmağındakı dəridə tüklər çıxmağa başladı.
Bu heyrətamiz tibbi hadisə qızı narahat etmədi. Əksinə, o, vəziyyətizarafata salııb,tüklü barmağını sosial mediada nümayiş etdirərək istifadəçiləri təəccübləndirdi. Rey insanları rekonstruktiv tibbi prosedurların xüsusiyyətləri barədə də xəbərdar edir. Həkimlər isə dərini dəyişib yeni transplantasiya etməyi tövsiyə edir.


Aygün Musayeva


Seçilən
21
1
medicina.az

3Mənbələr