AZ

Gürcüstanda Qərb və Rusiya toqquşması- ÖZƏL

"Gürcüstanda baş verənlər daima Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edib. Bu ölkədə inqilab və siyasi xaosun baş verməsi ölkənin milli birliyinə zərbə vurur. Xüsusilə, Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlari və təhlükəsizliyi Azərbaycan üçün əsas prioritet olaraq qalır". 

"Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Gürcüstanda oktyabrın 4-də yerli özünü idarəetmə orqanlarına seçkilər keçiriləcək. Hakim Gürcü Arzusu Partiyasının keçirdiyi parlament seçkilərinin legitimliyi Qərb tərəfindən tanınmır. ABŞ başda olmaqla, Avropa İttifaqı "Gürcü Arzusunu" Rusiya yönümlü siyaət aparmaqda iddiham edirlər. Həqiqətən də Gürcü Arzusu hökumətinin qəbul etdiyi qərarlar Qərblə əlaqələri kifayət qədər böhranlı vəziyyətə gətirib. Oktyabrın 4 hakimiyyət üçün sınaq olacaq. Baş nazirin açıqlamasına fikir verdikdə görürük ki, müxalifətin parçalanması hökumətin maraqlarına xidmət edir. Ölkədə keçiriləcək yerli özünüidarəetmə seçkiləri ərəfəsində iki əsas düşərgəyə bölünüblər. "Lelo", "Vətəndaşlar", "Girçi" və "Gürcüstan Uğrunda" Partiyaları seçkilərdə iştirak edəcək. Amma, "Vətəndaş Hərakatı" partiyası seçkiləri baykot edir. Xüsusilə, Sabiq prezident M. Saakaşvilinin lideri olduğu düşərgə küçə etirazlarını davam etdirir. 
Hakim Gürcü Arzusu Partiyası müxalifətin yerlərdə qələbə əldə etməsinə imkan verməyəcək. Qərb bu seçkilərdən sonra Gürcüstana qarşı ciddi təzyiqlər və sanksiyalar tətbiq etməsi mümkün görünür. Çünki, rəsmi Tiflisin siyasəti Qərbin səbr kasasını aşırdır. Bir növ oktyabrın 4-də Tiflisdə Qərb və Rusiya tərəfdarları yenidən toqquşacaq. 
Gürcüstanda Bələdiyyə seçkilərində hakim partiya qələbəsini elan edəcək. Amma ölkədə inqilab proses baş verməsi gözlənilmir. Müxalifətin vahid lider olmaması və daxildə qütbləşmə hakimiyyətin onlara qarşı təzyiqlərini artırır. Müxalifət isə, köməyi Qərbdə axtarır. Qərb bölünmüş və adı olan "Vahid" amma reallıqda parçalanmış hərəkatlara dəstək vermək fikrində deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
2
olaylar.az

3Mənbələr