AZ

Bakıda İƏT-in Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası keçirilib

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Bakıda Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası olub.

AZƏRTAC xəbər verir ki, iclas Əmək Mərkəzinin Baş Assembleyasının 2-ci sessiyasına hazırlıq və mərkəzin fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyıb.

Tədbirin açılış sessiyası salamlama və müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

İƏT-in Əmək Mərkəzinin İcraiyyə Şurasının sədri, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizin dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsini dəstəklədiyni və respublikamızla təşkilat arasındakı əlaqələrin səmərəli əməkdaşlıq və dialoq əsasında qurulduğunu, ölkəmizin İƏT-in fəal üzvü kimi təşkilatın əsas prinsiplərinə sadiq qaldığını bildirib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış İƏT-in Əmək Mərkəzinin də üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynadığını deyib. İclasın Əmək Mərkəzinin fəaliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

İƏT-in Əmək Mərkəzinin İcraiyyə Şurasının sədrinin müavini, Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Abdullah Nasser M. Abuthnain iclasın üzv ölkələr arasında əlaqələrin genişlənməsinə, fəal təcrübə mübadilələrinə imkan yaratdığını diqqətə çatdırıb.

Mərkəzin Baş direktoru Azər Bayramov İƏT-in ən gənc institutu olan bu mərkəzin üzv ölkələrin əmək bazarının inkişafı, işçi hüquqlarının müdafiəsi, həmçinin məşğulluq imkanlarının artırılması sahələrində əməkdaşlığın genişləndirilməsində rolundan bəhs edib.

İclasda İƏT-in Əmək Mərkəzinin fəaliyyət və maliyyə hesabatları dinlənilib.

İşçi sessiyalarda mərkəzin İcraiyyə Şurası tərəfindən bir sıra qətnamələrin müzakirələri aparılıb və Əmək Mərkəzinin Baş Assambleyasına təqdim olunması üçün razılaşdırılıb. Şuranın sədri və Əmək Mərkəzinin direktoru tərəfindən yekun qeydlər edilib.

Seçilən
4
8
azerbaijan-news.az

9Mənbələr