AZ

Adnan Əhmədzadənin vəkilindən DTX-ya şikayət olundu

Bir neçə gün öncə həbs olunan iş adamı, SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevlə bağlı qalmaqallı vəziyyət ortaya çıxıb.

Hurriyyet.az xəbər verir ki, tanınmış hüquqşünas Əkrəm Həsənov Şaiq Mirzəyevin dövlət işççisi olduğunu bildirərək, onun vəkillik etməsini qanunsuz sayıb. Ə.Həsnovun sözlərinə görə, Ş.Mirzəyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiridir (//obs.gov.az/…/huquq-kadrlar-ve-senedlerle-ish…).

“Halbuki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.1-ci maddəsinə əsasən, vəzifəli şəxsin xidməti vəzifəsini icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutması və ya fəaliyyət növü ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozma sayılır. Problem Mirzəyevin vəkil olmasında deyil. Vəkil ola bilər. Amma işəgötürəndən başqa kimsəyə ödənişli əsasla xidmət göstərə bilməz. Mirzəyev dünən özü bildirib ki, Əhmədzadənin istəyi ilə onu müdafiə edir. Deməli, ödənişli əsaslarla. Bu isə korrupsiyaya şərait yaradan hüquqpozma sayıla bilər. Məsələyə qiymət verilməsi və tədbir görülməsi üçün Baş prokurora, DİN-ə, DTX-ya və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə məktubla müraciət etmişəm”, – deyə Ə.Həsənov bildirib.

“Məsələnin digər tərəfi də var. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi strukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları”nın (//sosial.gov.az/storage/articles/1817046057673349.pdf) 7-ci bəndinə əsasən, əməkdaş elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, çalışdığı qurumun rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Həmçinin əməkdaş əmək fəaliyyətinə və iş qabiliyyətinə mənfi təsir göstərən kənar fəaliyyətdən çəkinməlidir. Yəni bu norma da pozulub.Nəhayət, sağlam məntiq baxımdan həftədə azı bir neçə dəfə nəinki Bakıda, həmçinin regionlarda vəkillik fəaliyyəti göstərən şəxs “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin Hüquq, kadrlar və sənədlərlə iş departamentinə necə müdirlik edir görəsən? İşlədiyi qurumda qanunçuluğu təmin etməli olduğu halda qanunu pozur? Kadrların iş vaxtının uçotuna nəzarət etməli olduğu halda özü iş yerində olmur? Axı dövlətdən, yəni bizim hesabımıza əmək haqqı alır. Niyə?”, – hüquqşünas əlavə edib.

Ə.Həsənov bildirib ki, vətəndaş olaraq ictimai nəzarəti həyata keçirmək, problemləri ictimailəşdirmək və aidiyyəti qurumların diqqətinə çatdırmaq hər kəsin borcudur.

Adnan Əhmədzadə ötən həftə DTX tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi sentyabrın 20-də onun barəsində 4 aylıq həbs-qətimkan qərarı çıxarıb.

Adnan Əhmədzadə Azərbaycanın “Azeri Light” markalı neftini Rusiyanın xam nefti ilə qarışdırmaqda günahlandırılır. Onun barəsində Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları olduğu bildirilir.

Adnan Əhmədzadə dəbdəbəli həyat tərzi, məşhur xarici simaların, futbolçuların və digər nüfuzlu şəxslərin Azərbaycana səfərlərini təşkil etməklə də məşhurlaşıb.

Gununsesi.info

Seçilən
1
17
hurriyyet.az

10Mənbələr