AZ

Astronomlar Yerlə yaxınlaşan kometa barədə xəbərdarlıq edirlər

Ajans.az xəbər verir ki,Oktyabrın sonu və ya noyabrın əvvəlində isə kometanın o qədər parlaq olacağı gözlənilir ki, onu adi gözlə, optik alətsiz müşahidə etmək mümkün olacaq. Bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi Telegram kanalında paylaşılıb. Lemmon kometası 2025-ci ilin yanvarın 3-də aşkar edilib. Hazırda Yerdən təxminən 200 milyon kilometr məsafədə yerləşir və bu məsafə gündəlik 5 milyon kilometr azalır. Astronomlar hesab edirlər ki, oktyabrın 21-də kometa Yerə ən yaxın məsafəyə — 90 milyon kilometrdən az bir məsafəyə çatacaq. Hazırda səma cismi Böyük Ayı (Ursa Major) bürcünə doğru hərəkət edir və oktyabrın ortalarında həmin bölgədən keçəcək. Ayın son günlərində isə Lemmon kometası maksimum parlaqlığına çataraq, Serpens və Ophiuchus bürclərində gün batandan dərhal sonra görünəcək. Hazırda kometanın parlaqlığı təxminən 8-ci ulduz böyüklüyündə qiymətləndirilir. Bu, onun artıq həvəskar teleskoplarla müşahidə edilə biləcəyi deməkdir.

 

Seçilən
26
Ajans.az

1Mənbələr