AZ

DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumatda bildirilir ki, imtahan saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) qeydiyyatdan keçmiş ərizəçilər sentyabrın 23-dən etibarən DİM-in internet saytına daxil olaraq "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə "İmtahana buraxılış vərəqəsi"ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.

Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə ("Müəllimlik", "Mühəndislik", "Hüquq") keçid etməklə tanış ola bilərlər.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Səhv cavablar düz cavabların sayına təsir göstərmir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

Ü.Qarayev

XQ

Seçilən
3
29
xalqqazeti.az

10Mənbələr