AZ

Türkiyədə ağır qəza: 18 rusiyalı xəstəxanaya yerləşdirilib

Türkiyənin Alanya şəhərində avtobus qəzası nəticəsində 18 rusiyalı turist xəstəxanaya yerləşdirilib, o cümlədən biri reanimasiyadadır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Səyahət Sənayesi Birliyi (RUTI) “RİA Novosti”yə bildirib.

İHA xəbər agentliyinin məlumatına görə, çərşənbə axşamı Alanyada turistləri daşıyan avtobus D400 şosesində mikroavtobusla toqquşub. Daha sonra Rusiyanın Antalyadakı Baş Konsulluğundan “RİA Novosti”yə bildiriblər ki, qəza nəticəsində rusiyalı turistlər xəsarət alıb.

Rusiya Səyahət Sənayesi İttifaqının (RST) nümayəndəsi sığorta şirkətinin məlumatlarına istinadən bildirib: "On səkkiz nəfər dörd xəstəxanada, biri ağır xəstə reanimasiyadadır. Turistlərin bəziləri artıq mehmanxanalardadır - yüngül xəsarət alanlar".

Seçilən
9
1
publika.az

2Mənbələr