AZ

Xaçmazda su kanalının səviyyəsinin artması təhlükə yaradır? - AÇIQLAMA

Bakı. Trend:

Son günlər sosial şəbəkələrdə yağıntılı hava və güclü selsəbəbindən Samur-Abşeron kanalının Xaçmazdan keçən hissəsində suyunsəviyyəsinin kritik həddə çatdığına dair məlumatlar yayılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Trend-in sorğusuna cavabolaraq bildirilib ki, hazırda şimal çaylarında bol sululuq müşahidəolunduğundan mövcud su ehtiyatları Samux-Abşeron kanalınayönləndirilir və oradan Taxtakörpü su anbarına ötürülür.

“Görüntülərdə əks olunan vəziyyət normal hal kimiqiymətləndirilir, kanal öz həcmi səviyyəsində doludur, normalrejimdə və tam işlək vəziyyətdə fəaliyyət göstərir.

Həmçinin Regional Su Meliorasiya Xidmətinin Samux-AbşeronKanalının İstismarı İdarəsi prosesi daim nəzarətdə saxlayır. Busəbəbdən vətəndaşların hər hansı narahatlığına əsas yoxdur”, - deyəməlumatda vurğulanıb.

Qeyd edilib ki, Samux-Abşeron kanalı vasitəsilə dolan Taxtakörpüsu anbarı Bakı şəhərini içməli su ilə təmin edən əsas mənbələrdənbiridir.

Seçilən
34
5
az.trend.az

6Mənbələr