AZ

Alimlər yeni insan hüceyrəsi aşkar ediblər

Elm dünyasında insan hüceyrələrində əvvəllər məlum olmayan yeni orqanelin kəşfi böyük marağa səbəb olub. Tədqiqatçılar bu yeni strukturu “hemifusome” adlandırıblar.

AzEdu.az xarici mənbəyə istinadən xəbər verir ki, hemifusome, hüceyrələrin periferiyasında yerləşən və zədələnmiş zülalları idarə edən, membranla əhatə olunmuş iki dairəvi quruluşdan ibarətdir. ABŞ-nin Virginia Universiteti və Milli Sağlamlıq İnstitutları (NIH) tərəfindən aparılan tədqiqatlar göstərib ki, hemifusome hüceyrə daxilində tullantıların təkrar emalında mühüm rol oynayır.

Tədqiqatçılar bildirirlər ki, hemifusomenin funksiyasının pozulması Hermansky-Pudlak sindromu kimi irsi xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu kəşf, genetik xəstəliklərin diaqnostikası və müalicəsi üçün yeni imkanlar açır.

Elm adamları hemifusomenin hüceyrə biokimyası və xəstəliklərin idarəsi sahəsində gələcək tədqiqatlar üçün vacib bir istiqamət olduğunu vurğulayırlar.

Seçilən
5
azedu.az

1Mənbələr