AZ

Uşaqlarda "spina bifi"da nədir? -Həkimdən əməliyyat görüntüləri


Spina bifida onurğa sütununun və sinir borusunun inkişaf qüsurudur. Hamiləliyin ilk aylarında dölün sinir borusu tam bağlanmadıqda yaranır. Bu vəziyyət “sinir borusu qüsurları”na (neural tube defects) aiddir.

Hamiləlik zamanı fol turşusunun çatışmazlığı, genetik meyillilik, ananın şəkər xəstəliyi, bəzi dərmanların qəbulu, zəhərli maddələrə məruz qalma buna səbəb ola bilər.

Hamiləlikdən əvvəl və ilk aylarda fol turşusu (400 mcg/gün) qəbulu riski xeyli azaldır.

Medicina.az xəbər verir ki, uşaq neyrocərrahı, uzman dr. Ruslan Yunusov bununla bağlı paylaşım edib.

Həkim azyaşlını əməliyyat edib:

"Böyük ölçülü spina bifida səbəbi ilə əməliyyat etdiyimiz xəstəmiz. Əməliyyatda kisə ləğv edilir, onurğa beyin və sinirlər yapışıqlıqlardan təmizlənir. Daha sonra onurğa beyin kisəsi bərpa edilir".


Aygün
Medicina.az


Seçilən
2
1
medicina.az

2Mənbələr