AZ

Rafael Qrossi BMT Baş katibi vəzifəsinə namizəd olmaq istəyir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 23 sentyabr, AZƏRTAC

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi BMT-nin Baş katibi postuna namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, BMT-nin hazırkı Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Həmin gün BMT Təhlükəsizlik Şurasının 2027-ci il yanvarın 1-də vəzifəsinin icrasına başlaması planlaşdırılan yeni Baş katib vəzifəsinə namizəd irəli sürəcəyi gözlənilir.

Qrossi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında çıxışı zamanı deyib: “BMT hazırda çətin vəziyyətdədir. Hesab edirəm ki, BMT-ni aktuallaşdırmaq mümkündür. Əgər siz münaqişələrin sayının çoxalması, zorakılığın artması ilə bağlı narahat olduğunuzu deyirsinizsə, o zaman diqqəti başqa şeylərə yönəltmək bir qədər ikiüzlülükdür”.

O əlavə edib ki, artıq hamı BMT-nin qlobal sülhü qorumaq missiyasını yerinə yetirə bilmədiyini etiraf edir. Bununla bağlı argentinalı siyasətçi iddia edib ki, BAEA rəhbəri vəzifəsində əldə etdiyi təcrübə ona bu posta seçilməyə kömək edəcək. Qrossi, həmçinin hamı ilə dialoq aparmağa və hər bir tərəf üçün məqbul vasitəçi olmağa çalışacağını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
4
azertag.az

5Mənbələr